Jurnal haqqında
Jurnal 19 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Mətbu nəşrlərin reyestrinə daxil edilmə nömrəsi- № 4122
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2018-ci il 04 iyul , №-11-R tarixli qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxil edilmişdir.
"Elm və İnnovativ Texnologiyalar ” beynəlxalq elmi araşdırmalar jurnalı ildə 4 dəfə dərc olunan , ictimaiyyət üçün açıq olan resenziyalı, elmin kompleks problemləri, humanitar və ictimai siyasi, tətbiqi, təbiət sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır.Jurnalda indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir.Əsas məqsədimiz elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır.
"Elm və İnnovativ Texnologiyalar ” beynəlxalq elmi araşdırmalar jurnalı məzmununa görə elmi- tədqiqat nəşr kimi fəaliyyət göstərir. Jurnal əsasən Azərbaycan, Rus , İngilis və Türk dillərində elmi məqalələri dərc edir.Jurnal eyni zamanda konfranslar, simpoziumlar, elmi məktəblər, ümumiyyətlə, elmi həyatda cərəyan edən hadisələr haqqında məlumatlara da səhifələrində yer verir.Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, yerli alimlərlə müxtəlif ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir.
Jurnalda hakimli rəy sistemindən istifadə olunaraq, məqalələr ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənir.Akademik və professorlarla yanaşı elmin müxtəlif sahələrində tədqiqat aparan gənc aspirant və doktorantlar, tədqiqatçılar da jurnalda məqalə çap etdirə bilərlər.
Müəlliflik hüquqları
Məqalələrin müəlliflik hüquqları, çap olunduqdan sonra EİTJ Nəşriyyatı tərəfindən həyata keçirilir. Bununla belə, istifadəçilər naşir və ya müəllifdən əvvəlcədən icazə almadan belə jurnalda çap olunan məqalələrin tam mətnini oxumaq, yükləmək, surətini çıxarmaq, yaymaq, çap etmək kimi hüquqlara sahibdir.
Arxivləşdirmə
Elm və İnnovativ Texnologiyalar jurnalının bütün elektron nömrələrinin
arxivləşdirilməsi üçün PORTİCO ilə müqavilə bağlamışdır. Eyni zamanda jurnalın
dərc olunan bütün nömrələri çap şəklində nəşriyyatda və elektron olaraq jurnalın
saytında, arxiv bölməsində saxlanılır.