Elm və İnnovativ Texnologiyalar jurnalına təqdim olunan elmi məqalələrdə plaqiat faktı aşkarlanarsa, məqalə dərhal müəllifə qaytarılır.Tək cümlə və yazı ilə deyil, eyni zamanda fikir və ideya oğurluğu da plaqiat sayılır. Plaqiat faktı ilə rastlaşdıqda  elmi işini  ilk olaraq dərc etmiş məqalə sahibi haqlı sayılır. İşinin oğurlanması faktını aşkar etmiş müəllif müvafiq şikayətlə lazimi qurumlara müraciət edərək, məqaləsinin elmi statusunu geri çağırmağı tələb edə bilər.  

Məqalənin elmi dəyərini müəyyənləşdirmək məsələsində əgər ki, hər hansı bir problem yaşanarsa, jurnalın redaksiyası ekspert şurasının fikrini əsas götürərək qərar verir. Ekspert şurasının tərkibi gizli saxlanıla bilər.

     

Abunə

“Elm və İnnovativ Texnologiyalar”  jurnalı öz səhifələrində elmin kompleks problemləri, humanitar və ictimai siyasi, tətbiqi, təbiət  sahələrində elmi-texniki nailiyyətləri əks etdirir.

Jurnala Azərbaycanın və eləcə də xarici ölkələrin elmi mərkəzləri və təhsil ocaqlarında  çalışan alim və mütəxəssislər abunə yazılırlar.“Elm və İnnovativ Texnologiyalar” jurnalına istənilən poçt-şöbələrieləcə də redaksiya vasitəsilə abunə yazılmaq olar.

1 illik abunə haqqı 100 manat, 6 aylıq- 60 manatdır. Əlavə məlumat almaq üçün redaksiyaya müraciət edə bilərsiniz.

Ünvan: Az1012, Bakı, Moskva prospekti 67

E-mail: journalofsit@gmail.com

 






İndeksləşdirilmiş bazalar