Elm və İnnovativ Texnologiyalar jurnalına təqdim olunan elmi məqalələrdə plaqiat faktı aşkarlanarsa, məqalə dərhal müəllifə qaytarılır.Tək cümlə və yazı ilə deyil, eyni zamanda fikir və ideya oğurluğu da plaqiat sayılır. Plaqiat faktı ilə rastlaşdıqda  elmi işini  ilk olaraq dərc etmiş məqalə sahibi haqlı sayılır. İşinin oğurlanması faktını aşkar etmiş müəllif müvafiq şikayətlə lazimi qurumlara müraciət edərək, məqaləsinin elmi statusunu geri çağırmağı tələb edə bilər.  

Məqalənin elmi dəyərini müəyyənləşdirmək məsələsində əgər ki, hər hansı bir problem yaşanarsa, jurnalın redaksiyası ekspert şurasının fikrini əsas götürərək qərar verir. Ekspert şurasının tərkibi gizli saxlanıla bilər.

     





İndeksləşdirilmiş bazalar