Məqalə Təqdimatı
Məqalənizi bizə göndərdiyiniz üçün təşəkkür edirik. Yalnız verilən təlimatlara uyğun olaraq hazırlanan məqalələr rəy və çap proseslərindən keçəcəkdir. Zəhmət olmasa, məqaləni jurnalın tələblərinə uyğun olaraq hazırlayın.
Jurnal aşağıdakı formatlara uyğun olaraq məqalələri qəbul edir: Elmi məqalə, Kitab rəyi,Tənqidi Bildirişlər. Elm və İnnovativ Texnologiyalar jurnalı qəbul olunan bütün məqalələri sərt tələblər əsasında dəyərləndirir:
· məqalə yalnız Sizə aid olan orijinal elmi işdir , Sizin əvvəldə çap olunmuş elmi işləriniz də daxil olmaqla, hər hansı bir məqalənin kopyası deyildir və heç bir yerdə çap olunmamışdır.
· Məqalə yalnız Elm və İnnovativ Texnologiyalar jurnalına təqdim edilmişdir və heç bir jurnal tərəfindən rəy nəzarətində deyil və ya çapa qəbul edilməmişdir.
Zəhmət olmasa, məqalə və ya bildirişlərinizi bu email ünvanına göndərin: journalofsit@gmail.com
Məqalə faylı
Məqalə faylı aşağıda qeyd olunan tələblərə uyğun hazırlanmalıdır:
· Elmi məqaləni işləyən bütün ortaq müəlliflərin adları və çalışdıqları əsas iş yerləri qeyd olunmalıdır,
· Təlimata uyğun olaraq,məqalə geniş bölmələr şəklində hazırlanmalıdır ( xülasə, giriş, metodika, nəticə),
· Öncədən çap olunmuş elmi əsərlərə uyğun ədəbiyyat hazırlanmalıdır.
Əgər ki, elmi məqalənin təqdim olunmasında müəlliflər arasında qarşılıqlı razılaşma varsa, yazılı olaraq razılıq məktubu təqdim edilməlidir. Elektron məktub vasitəsilə də razılıq bildirilə bilər.Məqalələr PDF, Word və ya TeX/LaTeX formatlarında qəbul olunur; əgər ki, TeX/LaTeX formatından istifadə edirsinizsə, məqaləni ikin rəy prosesinə qəbuletmək üçün PDF formatında göndərməyinizi xahiş edirik.Bütün məqalənin mətni bir faylda təqdim edilməli, cədvəl və ya şəkillər əlavə faylda verilməlidir.
Məqalənin hazırlanması
Məqalə strukturu: Məqalə giriş, ədəbiyyat araşdırması, araşdırma metodologiyası, nəticə/ müzakirədən və referens siyahısından ibarət olmalıdır.
Dil.Mümkün ola biləcək qədər qrammatik səhvlərin olmaması, məqalənizin daha oxunaqlı və tam anlaşıla bilinməsi üçün göndərməmişdən öncə dil mütəxəssisinə oxutdurun.
Başlıq səhifəsi: Başlıq səhifəsi ayrı olaraq göndərilməlidir. Adınızı tam yazın (adınız, atanızın adı, soyadınız). Məqalə müəlliflərinin hər birinin çalışdıqları iş yeri və poçt ünvanları tam şəkildə göstərilməlidir. Zəhmət olmasa aparıcı müəllifin adını (*) ulduz işarəsi ilə işarələyin və email ünvanını qeyd edin.
Xülasə: Bütün məqalələr üçün 250-300 sözdən ibarət xülasə hazırlanmalıdır.
Açar sözlər:Açar sözlər məqalənin tam mahiyyətini əks etdirməlidir. Açar sözlər 5 sözdən artıq olmamalıdır.
Məqalə fontu və məsafə: Zəhmət olmasa məqaləni hazırlayarkən Times New Roman 12pt ölçüsündən istifadə edin. Bütün məqalələr (orjinal elmi məqalələr, kitab rəyləri, araşdırma bildirişləri və tezis xülasələləri) ikili-məsafə ilə (ədəbiyyat siyahısı da daxil olmaqla) hazırlanmalıdır.
Məqalənin ölçüsü:Redaksiya heyəti təqdim edilən məqalələrin xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla 7000 sözdən artıq olmamasını tələb edir.Giriş və nəticə bölmələrinin olması məcburidir.
Sitatlar: Sitat sözlər, cümlələr cüt dırnaq işarəsi ilə, təkliflər və annotasiyalar isə tək dırnaq işarəsi ilə işarələnməlidir.
Cədvəl və şəkil: Bütün cədvəl və şəkillər mətnə uyğun olduqca yaxın şəkildə yerləşdirilməlidir. Şəkillərə aid yazılar yazılmalı və rəqəmlərlə işarələnməlidir.(məsələn, Cədvəl 1, Şəkil 1) Şəkilin ölçüsü 300 dpi və ya daha yüksək ola bilər. Cədvəl başlığı, cədvəlin üst hissəsinə yazılmalı, şəkilə aid yazı isə aşağı hissəsinə yazılmalıdır. Cədvəllər və şəkillər mətnə daxil edilmədən ayrı fayllarda təqdim edilməlidir. Əgər ki, cədvəl və şəkillər başqa bir qaynaqdan götürülmüşdürsə, zəhmət olmasa mənbəni mütləq qeyd edin.
Notlar: Notlar minimum şəkildə yığılmalıdır. Mümkünsə dibnotlardan yox, son notlardan daha çox istifadə olunsun.Bütün notlar sıralanaraq, ikili - məsafə ilə əsas mətnin son bölməsində yerləşdirilməlidir. Biblioqrafik notlardan istifadə qəbul olunmur.
Qaynaqlar və istinadlar: Məqalənin formatı paraqrafların başlanğıcında yazmamaq şərti ilə, 11 ölçü, Times New Roman şrifti, ikili-məsafə ilə hazırlanmalıdır. MLA Referens formatında yazılmalıdır.Ədəbiyyat siyahısındakı qaynaqlar və istinadlar əlifba sırası ilə ya da xronoloji olaraq hazırlanmalıdır.
Kitab Rəyi
Kitab rəyi 1000 ən çoxu 2000 sözdən ibarət olmalıdır.Eyni zamanda Tənqidi Rəy 3000 sözdən az, 5000 sözdən çox olmamalıdır.İlkin səhifəyə məqalənin adı, müəlliflərin adı/ iş yerləri, 200 sözdən artıq olmayan xülasə və 5 açar söz daxil edilməlidir. Bütün şəkillər, fotolar, cədvəllər nömrələnməlidir. Kitab rəyi 2 ədəbiyyatdan çox olmamaq şərti ilə mətnin sonunda yerləşdirilməlidir.
Konfrans Materialları
Konfrans materiallarının çapı elmi –araşdırma cəmiyyətlərində geniş yayılmış br haldır. Elm və İnnovativ Texnologiyalar jurnalı hər hansı bir elmi-konfransa təqdim edilmiş elmi məqalələri çap etməkdən məmnunluq hissi duyur . Bununla birlikdə, konfrans materiallarının çapına görə müraciət edərkən, elmi məqalələrin nəticəsinə,metodologiyasına,analizinə görə jurnalın standartlarına uyğun gəlməsinə diqqət edilməlidir.Müraciətdən sonra son qərarı Jurnalın redaktoru verir.Müəlliflər təqdim etdiyi məqalələrində konfransa təqdim etdiyi materialın bütün detallarını əks etdirməli və jurnala təqdim etməlidirlər.Müəlliflər əvvəlcədən çap edilmiş hər hansı bir resursu yenidən istifadə etmək üçün lazımi bütün icazələri almalıdır.
Müəlliflər məqalələrini çap olunduqdan sonra birbaşa jurnalın saytından yükləyə bilərlər.
Məqalələrin təqdim edilməsi ilə bağlı əlavə məlumat və suallar üçün journalofsit@gmail.com ünvanına müraciət oluna bilər.